
Çex Respublikası yeni adını rəsmən BMT-yə və digər beynəlxalq təşkilatlara təqdim edib.
Qaynarinfo.az avropa.info-ya istinadən bildirir ki, bundan sonra ölkənin rəsmi adı Çexiya olacaq.
Çexiya xarici işlər nazirliyinin sözçüsü Laqronova ölkəsinin yeni adınının fransız, ingilis, rus, ərəb və çin dillərindəki versiyalarını BMT və beynəlxalq təşkilatlara göndərib.
Qeyd edək ki, ölkədə bir qisim siyasətçinin təklif etdiyi Çexiya adına qarşı bəziləri ölkənin adının Çexistan adlandırılmasını istəyirdi. Bu ilin əvvəlində keçirilən sorğunun nəticəsinə görə isə 22 min adamın Çexiya adını bəyənmədikləri, yalnız 7 min nəfərin bu adı qəbul etdiyi bəlli olmuşdu.
Qaynarinfo.az