Xəbər lenti

Expressbankda Görmə Günü aksiyası
Ekonomiks 10:34 10.10.2024

Expressbankda Görmə Günü aksiyası

Expressbank ASC Ümumdünya Görmə Günü münasibətilə əməkdaşları üçün göz müayinəsi aksiyası təşkil edib. Aksiya Expressbankın "Sağlam komanda” daxili kommunikasiya layihəsi çərçivəsində baş tutub. 

Belə ki, müayinə xidməti dünya üzrə fərqli ölkələrdə fəaliyyəti ilə seçilən Dünyagöz Xəstəxanası tərəfindən göstərilib. Aksiya çərçivəsində Expressbank əməkdaşlarının görmə ölçüsü və göz təzyiqi müasir cihazlar vasitəsilə ölçülüb, həmçinin hər bir əməkdaş üçün müayinə nəticəsinə uyğun olaraq fərdi həkim konsultasiyası həyata keçirilib. 

Belə ki, "Sağlam komanda sağlam əməkdaşlarla qurulur” şüarını əsas tutan Expressbankın bu aksiyası çərçivəsində Dünyagöz Xəstəxanası Expressbank əməkdaşlarına bütün xidmətlərini əhatə edən müxtəlif endirimlər təklif edib.

Aksiya günündən görüntüləri izləmək üçün buraya klik edin.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. 

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->