Xəbər lenti

Facebook istifadəçilərinin nəzərinə - VİRUS
Ekonomiks08:38 14.10.2013

Facebook istifadəçilərinin nəzərinə - VİRUS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son vaxtlar Facebook vasitəsilə yayılan virus istifadəçilərin təhlükəsizliyini təhdid etməyə başlayıb.

Qaynar.info
xəbər verir ki, profilləri ələ keçirən virus bütün məlumatlarla yanaşı, istifadəçinin parolunu da ələ keçirir.

"Kişi tualetinə qadın girərsə" adlı yazı ilə həm istifadəçilərin profilinə, həm də qruplara girən virus bununla istifadəçinin diqqətini çəkmək istəyir.

Sözügedən zərərli proqramdan xilas olmaq üçün profilin e-maili əvə parolu mütləq dəyişdirilməlidir. Və Facebook hesabında mobil telefonla təsdiqlənmə aktivləşdirilməlidir.

Qaynar.info