Xəbər verdiyimiz kimi bir müddət əvvəl Yeni Zellandiyada məscidlərdən birində qətliam törədilmiş və 50 insan öldürülmüşdü.
Qaynarinfo "Evronews"a istinadən xəbər verir ki, hadisənin görüntülərinin sosial şəbəkələrdə paylaşılması mənfi reaksiyalara səbəb olmuşdu. Yeni Zellandiya polisi verdiyi açıqlamada qanlı hadisənin görüntülərini paylaşan və ya özündə saxlayanların ölkə qanunlarına əsasən cəzalandırılacağını xatırladıb.
İndoneziya qanunvericiliyinə əsasən görüntüləri bilərəkdən saxlayanları 10 il, paylaşanları 14 ilə qədər həbs cəzası, hüquqi şəxsləri isə 137 min dollar məbləğində cərimə gözləyir.
Facebook şirkəti isə terrordan sonra 24 saat ərzində platformadan bununla bağlı 1,5 milyon videonun silindiyini və 1,2 milyon videonun isə yüklənərkən əngəlləndiyini açıqlayıb.
Həmçinin hadisədə həyatını itirənlərə və yaxınlarına hörmət əlaməti olaraq qətliamla əlaqədar montaj edilmiş və ya şiddət xarakterli olmayan videoların da silinəcəyi bildirilib.