
Facebookun üzərində işləməyə başladığı bu yeni funksiya xəbər qaynağınızdakı yazıları daha sonra oxumanıza icazə verəcək.
Qaynar.info marka.az xəbər verir ki, "MyTechSkool"a görə funksiyanı istifadə etdiyinizdə haqqında danışılan status deyil, mətnin özü yazılır.
Qeyd etdiyiniz məzmunlar "Qeydli əlaqələr" bölməsi altında göstərilir. Gizlilik nizamlarınızda dəyişiklik edərək qeyd edəcəyiniz paylaşmaları dostlarınıza göstərə bilər və ya yalnız özünüzün görməsini təmin edə bilirsiniz. Yəni paylaşımlarınızın hansı dostlarınız tərəfindən görünməsini istəyirsinizsə bunu edə biləcəksiniz.
Facebook, mövzuyla əlaqədar hələlik hər hansı bir açıqlama vermədiyindən funksiyanın nə vaxt gerçəyə çevriləcəyi bilinmir.
Qaynar.info