Xəbər lenti

Faciədə polisin və məhkəmənin günahı
Ölkə12:50 27.03.2013

Faciədə polisin və məhkəmənin günahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzeyir Cəfərov

Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə məndə biganə qala bilməyib, öz münasibətimi açıqlamaq istərdim. Yazınınbaşlığına çıxartdığım, “faciədə polisin günahı” haqqında dediklərimi də,qətiyyən qəribçiliyə salmaq lazım deyil. Gənc ana və günahsiz iki körpənarkotik aludəçisinin (seçdirmə mənimdir– Ü.C.) amansizlığının qurbanıoldu. Hadisəni törədən şəxsin Musa Quliyev olduğu bildirilir.

Buailə qatili Quliyevlərin kürəkəni olub – ailənın başçısı Məzahirinbacısı Gulşənin həyat yoldaşı olub. 4-5 il əvvəl dini nikahlaevləniblərmiş. Bu evlilikdən bir oğulları da olub. Qohumlarının dediyinəgörə, aralarında narazılıq da yaşanıb. Buna səbəb Musa Quliyevinnarkotik aludəcisi olması olub. Düz bir il imiş ki, ayrı yasayırmışlar.Hətta 5 yaşlı oğluna valideynlik hüququ vermək də istəmirmiş. Bir-iki ayəvvəl isə məhkəmə (seçdirmə mənimdir- Ü.C) bu hüququ bərpa edib və buda Musanın sonradan qatilə çevrilməsinə əsas verib.

Birailənin 3 üzvünün qatilinə çevrilmiş şəxs, yəni Musa Quliyev adlı qatilcəmiyyət üçün təhlükəli adamlardan biri olub. Bunu mən yox, onu tanıyanvə bilən şəxslər də təsdiq edirlər. Əgər bu adam cəmiyyət üçüntəhlükəli adam hesab edilirdisə, deməli rayonun hüquq-mühafizəorqanları, daha dəqiq desək, Cəlilabad Rayon Polis idarəsinin ərazi üzrəsahə müvəkkili bu şəxsə xüsusi diqqət yetirməli idi. Bunu mən yox, opolis zabitinin vəzifə üzrə borcları və qanun tələb edirdi. İndi Daxiliİşlər Nazirliyinin müvafiq şəxsləri hadisənin başvermə səbəbləriniaraşdırırlar. Mən başa düşürəm ki, bu lazımdır, amma sadə el dili ilədesək, bu artıq, “toydan sonar nağara” effekti kimi görünür.

Rayonunhüquq-mühafizə orqanları profilaktik tədbir kimi bu cinayətə meyillişəxsi nəzarətdə saxlamağa və onunla müvafiq iş aparmağa borclu idilər.Hətta lazım olsaydı belə, onu narkomaniyadan məcburi şəkildə müalicəüçün tibb müəssisəsinə göndərməli idilər. Artıq iş işdən keçib vədünyasını faciəli şəkildə dəyişən o ananı və iki məsum və günahsızbalanı həyata qaytarmaq mümkün olmayacaqdır. Şəxsən məni bu tükürpədicifaciədə dünyada baş verənlərdən tam bixəbər olan 4 yaşlı Mədinənin ölümüdaha çox sarsıtdı. Anası Nahidə ilə eyni otaqda vəhşicəsinə öldürülənkörpə uşaqların günahı nə imiş görəsən?

Birqədər əvvəl, mən faciə baş verən ərazi üzrə sahə müvəkkilinin – poliszabitinin də bu müdhiş olayda məsuliyyəti məsələsinə azca da olsatoxundum. Amma bu hadisədə birbaşa olmasa da, dolayısı yolla da olsa,günahı olan məhkəmənin də “fəaliyyətinə” toxunmaq istərdim. Bir-iki ayəvvəl bu qatilin işini araşdıran məhkəmə hakimi də öz yaxasını bufaciədən kənara çəkməməlidir. Hesab edirəm ki, əgər bu ailədəki realvəziyyət məhkəmə tərfindən ətraflı araşdırılsaydı, bəlkə də, indihaqqında danışdığımız, hamını sarsıdan bu 3 insanın vəhşicəsinə qətlihadisəsi də baş verməzdi.

Çox istərdim ki,mənim yazdıqlarımı Cəlilabad RPİ və Rayon Məhkəməsinin vəzifəli şəxslərihansısa qərəz kimi deyil, bütöv bir ailənin səhlənkarlıq vəməsuliyyətsizlik ucbatından məhvi konteksindən baxsınlar. Bəlkə də,bundan sonra baş verə biləcək hansısa yeni qətllərin qarşısı alına.

İstənilənhalda, Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsi hələuzun müddət müzakirə ediləcək, yeni bir məhkəmə prosesi qurulacaq vəfaciəni amansızcasına törədən qatil Musa Quliyev ömürlük azadlıqdanməhrum ediləcək. Bu faciəni eşidib psixoloji sarsıntı keçirən gəncananın doğmaları və yaxınları böyük ehtimalla hələ uzun müddətyaşadıqları şokdan çıxa bilməyəcəklər.