Xəbər lenti

Fatih Terimdən sürpriz qərar
İdman09:42 12.05.2013

Fatih Terimdən sürpriz qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fənərbaxça” ilə oyun öncəsi "Qalatasaray”ın baş məşqçisi Fatih Terimin verdiyi qərar komandada sevinclə qarşılanıb. Belə ki, Terim sabah Analar günü olduğundan futbolçuları axşam məşqindən sonra evə buraxıb. Derbi öncəsi klubun bazasında qalmayacaqlarını öyrənən oyunçular sevinclərini gizlətməyib.

İş ondadır ki, Terim futbolçularına vəd etmişdi ki, çempionluğu "Fənərbaxça” – "Qalatasaray” matçından öncə rəsmiləşdirəcəkləri halda, komanda üzvlərinin bazada toplaşmaları vacib olmayacaq. Odur ki, çalışdırıcı verdiyi sözün üstündə durub..

ANS PRESS