Xəbər lenti

Fədayə Laçın: “Yalandır” (VİDEO)
Ölkə15:33 29.10.2019

Fədayə Laçın: “Yalandır” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ARB TV-nin "Elgizlə İzlə” verilişində bu gün azadlığa çıxan müğənni Fədayə Laçınla bağlı eksklüziv süjet yayımlanıb.
Qaynarinfo xəbər verir ki, ifaçı çox həyəcanlı olduğunu dilə gətirib:
"Uzun zamandır əzizlərimdən ayrı düşmüşdüm. Onlarla zaman keçirmək istəyirəm. Saat 12:00 radələrində çıxacağımı fikirləşirdim. Səhər tezdən gəlib dedilər ki, hazırlaş çıxırsan, mən də çıxdım. Taksiyə oturub gəldim evə. Sağlamlığımla bağlı yayılan xəbərlər yalandır. 2 il ərzində bir dəfə belə xəstələnməmişəm. Ən çox ailəmin, bir də göydəki Ayın həsrətini çəkirdim. Sevənlərimə demək istəyirəm ki, sizi bir daha üzməyəcəm”.
Xatırladaq ki, müğənni Fədayə Laçın 2 il öncə məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs edilmişdi.