Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman gənc qızlar arasında keçiriləcək U-19 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə o, aprelin 8-10-da Rumıniyanın Mioveni şəhərində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
C qrupunda ev sahibləri ilə yanaşı, Danimarka və Slovakiya milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri serbiyalı Miryana Qaliç, macarıstanlı Miklos Horvaz və italiyalı Mixel Brunelli olacaq.
Səbuhi Həsənov