Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Volebol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının II raundunun "Minçanka Minsk” (BEL) – "Olimpiacos Piraeus” (GRE) klublarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-də "Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsovdur.
"Olimpiacos Piraeus” (GRE) - "Minçanka Minsk” (BEL) komandalarının ilk qarşılaşmasında yunanlar 3-2 hesabı ilə qalib gəliblər.
Səbuhi Həsənov