Xəbər lenti

Fələstinli lider azadlıqda
Dünya14:05 06.07.2018

Fələstinli lider azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"1948 Fələstin İslam Hərəkatı"nın lideri Şeyx Raid Salah şərti azadlığa buraxılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Salah qarşısında elektron biləklik, İsrailin şimalındakı Kafr Kannada məcburi iqamət, mediaya açıqlama verməmək şərtləri qoyulub. Hərəkat liderinin yaxın saatlarda azadlığa çıxacağı gözlənilir. Hökm isə 1 iyul tarixində çıxarılıb. 
Qeyd edək ki, Şeyx Raid Salah 2015-ci ildə həbs edilmiş, 9 ay sonra 2016-cı ilin yanvarında azadlığa buraxılmış, lakin 2017-ci ilin avqustunda yenidən tutulmuşdu.
"1948 Fələstin İslam Hərəkatı" Əl Əqsa məscidi və Şərqi Qüdsdəki fəaliyyətlərinə görə terror təşkilatı elan edilib.
Gülşən