"Fənərbaxça" Kadıköydə keçirdiyi son 4 matçda əzəli rəqibi "Qalatasaray"ı məğlub edə bilməsə də növbəti derbi öncəsi məşqçilər komandanı yüksək motivasiya etmək üçün maraqlı üsula əl atıblar.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, qələbəyə köklənən "Fənərbağça" camiəsi son illərdəki uğursuzluğun əvəzini çıxmağa çalışır. Komandaya verilən məşq tapşırıqları ilə yanaşı qarşılaşmaya psixoloji cəhətdən də hazırlıq görülür. Bunun üçün futbolçulara azarkeşlərin derbi ilə bağlı yazdıqları mesajlar oxudulur. Oyun günü isə motivasiyanın artırılması məqsədi ilə komandanın oyuna təntənəli şəkildə yola salınması planlaşdırılıb.
Kadıköydə keçirilən son 4 oyunda "Fənərbağça" əzəli rəqibinə 2 dəfə məğlub olub, eyni sayda isə heç-heçə qeydə alınıb. Bu komandalar arasında növbəti derbi aprelin 10-da Bakı vaxtilə saat 21.30-da keçiriləcək.
Səbuhi Həsənov