Xəbər lenti

İdman 10:56 22.06.2023

"Fənərbağça" məşhur ulduzu transfer edəcəyini açıqladı

"Fənərbağça" Edin Dzekonun transferi ilə bağlı rəsmi açıqlama verib.

Qaynarinfo xəbər verir ki, klub sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə Dzekonun transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələcəyini açıqlayıb.

Səhər saatlarında verilən açıqlamada, "Dünyanın məşhur hücumçusu Edin Dzeko sağlamlıq yoxlamalarından keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələcək" ifadələri yer alıb.

Son mövsümdə "İnter"in formasında 52 oyun keçirən hücumçu bu müddətdə 14 qola, 5 məhsuldar ötürməyə imza atıb.

35 yaşlı futbolçu İtaliya komandası ilə İstanbulda Çempionlar Liqasının finalında da meydana çıxıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->