Xəbər lenti

"Fənərbaxça"nın 2 futbolçusu həbs oluna bilər
İdman15:17 16.08.2024

"Fənərbaxça"nın 2 futbolçusu həbs oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Fənərbaxça" klubunun iki futbolçusu ilə bağlı həbs cəzası tələb olunur.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, ötən mövsüm "Trendyol" Super Liqasının 37-ci həftəsində baş tutan "Qalatasaray" - "Fənərbaxça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq prosesi yekunlaşıb.

Prokurorluq futbolçular Jaden Quinn Oosterwolde və Mert Hakan Yandaş da daxil olmaqla, saxlanılan 5 nəfərin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.

Saxlanılanlar içərisində klubunun həkimi Ertuğrul Karanlık, İstanbul təmsilçisinin keçmiş baş məşqçisi Hulusi Belgü və İsmayıl Kartalın oğlu Emre Kartal da var.