
Rəssam, yazıçı Fərhad Yalquzaq "Orman Adamı" adlı yeni kitab yazıb. Qaynarinfo.Az-a açıqlama verən yazıçı kitabla bağlı təəssüratlarını bölüşüb.
Fərhad Yalquzaq bildirib ki, kitab dörd cilddən ibarət olacaq:
"Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə "Orman Adamı" adlı kitabı yazmağa qərara gəldim.
Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı "Buzbulaq"dı.
Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: "Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır".
Fərhad Yalquzaqın sözlərinə görə, kitabın çap edilməsini bir dostu üzərinə götürüb: "Təbiətdə yaşamağa dəstək göstərmiş dostum, kitabın çapın da öz üzərinə götürdü. Kitab artıq mətbəəyə gedib. Yaxın vaxtlarda işıq üzü görəcək. Növbəti cildi isə, gələn ildə çıxacaq".
Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.

Elkin Xəlilov
Qaynarinfo.Az