Xəbər lenti

FES-in qərarı Mərkəzi Bankın işini asanlaşdırdı: Dollar 2 manatı keçəcək - ŞƏRH
Ekonomiks07:06 15.12.2016

FES-in qərarı Mərkəzi Bankın işini asanlaşdırdı: Dollar 2 manatı keçəcək - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Növbəti devalvasiya iqtisadiyyatı yerlə bir edər və çökdürər". 

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmasının Azərbaycan iqtisadiyyatına və milli valyutasına təsirindən danışarkən deyib.

Natiq Cəfərlinin sözlərinə görə, FES-in uçot dərəcəsini qaldırması dünyanın bir çox ölkələrinin həm iqtisadiyyatına, həm də milli valyutalarına mənfi təsiri olacaq: 

"Bəzilərinə daha çox, bəzilərinə isə az da olsa təsir edəcək. Azərbaycanda isə Mərkəzi Bankın manatı daha rahat və sürətlə aşağı salacaq. Artıq FES kimi bir bəhanələri var. FES-in qərarından sonra bütün dünyada dəyişən valyuta məzənnələrini göstərərək, Azərbaycanda da manatın məzənnəsinin daha sürətlə dəyərdən düşməsinin şahidi olacağıq". 

Ekspertin fikrincə bir gecəlik devalvasiyalar artıq arxada qaldı: "2015-ci ildəki kimi devalvasiyanın yenə böyük həcmdə təkrarlanmasına inanmıram. Çünki, Azəbaycan iqtisadiyyatı çox pis vəziyyətdədir. Bank sektoru ağır durumdadır. Sadəcə manatın dəyərdən düşməsinin sürəti artacaq. Həftədə iki dəfə hərrac keçirilir. Hər hərracdan sonra manatın məzənnəsi 0.8-0.9 qəpik ucuzlaşır. Bundan sonra Mərkəzi Bank rəsmi məzənnə elan edir. Bu həfəki hərraclarda məzənnə daha kəskin aşağı düşə bilər. Artıq hər hərracda 1-2 qəpik manatın ucuzlaşmasının şahidi olduq. Bu ən azından psixoloji hədd olan 2 manata qədər gedəcək".  

Natiq Cəfərli qeyd edib ki, dollar 2 manat olduqdan sonra  məzənnə digər göstəricilərə bağlı olacaq: "Amma hələlik görünən budur ki, 1 dollar 2 manat hədəfinə doğru gedir. Bu da ciddi qiymət artımına səbəb olacaq. Çünki idxaldan asılı bir ölkəyik. Əsasən dərman preparatlarının, ərzaq məhsullarının çoxu və eloktrotexnika malları xaricdən gətirilir. Bir çox sahələrdə xaricdən 100 faizlik asılılığımız var. Bu sahələrdə qiymət artımı daha sürətlə gedəcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az