Xəbər lenti

FETÖ-nün Azərbaycan imamı həbs olundu
Dünya10:59 19.10.2017

FETÖ-nün Azərbaycan imamı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fəttullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı qruplaşmasının rəhbərlərindən olduğu deyilən və Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Faruk Yıldız həbs olunub.

"Qaynarinfo" xəbər verir ki, FETÖ-çu Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsindəki sənədləşmə işlərinin ardınca Ankara Ədliyyəsinə aparılıb.

İstintaqı aparan prokurora ifadə verən Faruk Yıldız Növbətçi Çülh Cəza Məhkəməsinə göndərilib. Ankara 2-ci Sülh Cəza Hakimliyi onun həbs olunmasına qərar verib.

Qeyd edək ki, Faruk Yıldız oktyabrın 6-da saxlanılmışdı. Bu barədə ilk dəfə Azərbaycan xəbər portalı "Yeniçağ" xəbər yaymışdı.

Nərmin Həsənli
Qaynarinfo.Az