Xəbər lenti

Fətullah Gülənin qardaşı oğlu tutuldu
Ölkə17:05 23.07.2016

Fətullah Gülənin qardaşı oğlu tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu saxlanılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən (Muhammet Sait Gulen) Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində Ərzurumda saxlanılıb. 

Məlumatda onun Ankaraya gətiriləcəyi, terror təşkilatına üzvlüklə yanaşı, 2010-cu ildə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarının iştirakçılara ötürülməsi ilə bağlı da sorğu-sual ediləcəyi qeyd olunub. 

Qaynarinfo.Az