Xətai rayonunda həyətləri su basıb.
Qaynar.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.
Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb. suyun ərazidən çəkilməsinə nail olunub. Əməliyyat saat: 04:01-də başa çatıb.
Qaynar.info