Xəbər lenti

FHN-ə işə düzəlmək istəyənlər dələduzluğun qurbanı oldu
Ölkə 14:52 03.10.2025

FHN-ə işə düzəlmək istəyənlər dələduzluğun qurbanı oldu

Astarada Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəlmək istəyən şəxslər dələduzluqla üzləşib. 

Qaynarinfo xəbər verir ki, onlara qarşı dələduzluğu öz həmyerliləri edib. 

Mayıl adlı həmin şəxs FHN-ə işə düzəlmək istəyən həmyerlilərinin ataları ilə tanış olub. Mayıl onlara FHN-də yüksək vəzifəli tanışlarının olduğunu bildirib. Həmin şəxslər də ondan övladlarını FHN-ə işə düzəltməyi xahiş ediblər. 

Mayıl tanışlarının birindən 7400, digərindən isə 7000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Mayıl saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə baxılıb. Mayıl məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, tanışlarından aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib. Lakin sonradan hər iki zərəçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq əldə olunub. 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->