Milli.Az xəbər verir ki, tələbələrə qazdan düzgün istifadə qaydaları haqqında məlumat verilib
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Bərdə rayonunda yerləşən kollecdə tədbir keçiriblər. Bildirilib ki, tələbələr otaqlara daxil olarkən ehtiyatlı davranmalı, qaz sobalarını yandırmazdan öncə qapı və pəncərələri açmalıdırlar.
Tələbələrə tövsiyə edilib ki, qaz xətlərində və sobalarda texniki nasazlığa rast gəldikdə, 104 qaynar xəttinə məlumat versinlər.