
FHN-nin Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində ölüm hadisəsi baş verib.
"N" saylı hərbi hissədə xidmət keçən 1990-cı il təvəllüdlü Babaşov Tapdıq Əlizamin oğlu 4-cü mərtəbədən yıxılaraq bədən xəsarət alıb.
Əsgər Babaşov Tapdıq ağır bədən xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Lakin əsgərin yaxınları onun binadan yıxılaraq ölməsinə inanmadıqlarını bildirirlər. Hadisə mayın 22-i gecə saatlarında baş verib. //azadliq.info
Qaynar.info


