Xəbər lenti

FIFA AFFA-ya maliyyə yardımı ayırdı
İdman13:58 24.04.2020

FIFA AFFA-ya maliyyə yardımı ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək.
Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb.
Məlumatda qeyd olunub ki, FIFA üzv assosiasiyaları yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə qurumun futbolu qorumaq üçün bu addımı atdığı bildirilib.
FIFA-nın yaxın günlərdə hər federasiyaya 500 min ABŞ dolları köçürəcəyi qeyd olunub.