Xəbər lenti

FİFA "The Best" mükafatlarının veriləcəyi vaxtı açıqladı
İdman09:07 10.11.2021

FİFA "The Best" mükafatlarının veriləcəyi vaxtı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FIFA "The Best” mükafatının verilməsi ilə bağlı təşkil olunacaq mərasiminin vaxtını açıqlayıb.
Qaynarinfo FİFA-nın qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbir  2022-ci il yanvarın 17-də keçiriləcək.
"The Best” ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. İlin ən yaxşı oyunçusu, baş məşqçisi, qapıçısı ilə yanaşı, "Fair-play" və ən yaxşı qol üçün Puşkaş mükafatının da sahibi də məhz həmin tədbirdə müəyyənləşəcək.
Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.
Səbuhi Həsənov