Xəbər lenti

FİFA Zelenskinin xahişini rədd etdi
İdman13:13 16.12.2022

FİFA Zelenskinin xahişini rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukrayna prezidenti Volodimir Zelenskinin Qətərdə keçiriləcək dünya çempionatının final oyunu öncəsi videomüraciətinin stadionda nümayiş etdirilməsi xahişini rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zelenskinin ofisi FİFA-nın imtinasına təəccüblənib. CNN-in məlumatına görə, müraciətin əvvəlcədən yazılması və ya canlı yayımlanacağı məlum deyil. Mövzu ilə bağlı Ukrayna prezidentinin ofisi ilə FİFA arasında danışıqların davam etdiyi qeyd edilir. 
Qeyd edək ki, Argentina - Fransa dünya çempionatının finalı dekabrın 18-də "Lusail İkonik” stadionunda keçiriləcək. 
Nizami Bağırov