Xəbər lenti

Fikrət Əmirov adına park açıldı
Ölkə07:50 10.05.2013

Fikrət Əmirov adına park açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kəpəz TV-nin yaydığı məlumata görə, Gəncədə Fikrət Əmirov adına parkın açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən şəhər ziyalıları son zamanlar aparılan abadlıq və quruculuq işlərindən söz açıblar.

Çıxış edənlər parkda görülən işlər barədə geniş məlumat veriblər. Bildirilib ki, istirahət guşəsində müasir uşaq-əyləncə meydançası salınıb. 20 min kv. metr ərazidə yerləşən bağda 67 ədəd oturacaq, 10 ədəd iri dibçək qoyulub, 1000-dən çox dekorativ gül kolları, yeni ağaclar əkilib.

Eyni zamanda parkda sakinlərin asudə vaxtlarının daha rəngarəng keçirilməsi üçün musiqili fəvvarə də quraşdırılıb. Gecə işıqlanmasına xüsusi diqqət yetirilib. Belə ki, parkda qazon işıqlandırıcısı və sahə boyunca müasir iki lampalı işıq dirəklər basdırılıb. Sakinlər aparılan bu işlərdən məmnunluq hisslərini ifadə ediblər.

Parkın girişində yol növbəliliyinin tənzimlənməsi üçün yeni işıqfor da quraşdırılıb. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tezliklə parkın ətrafında olan binaların dam örtükləri də dəyişdiriləcək, məhəllələr yenidən qurulacaq, yollar abadlaşdırılacaq.

Qaynar.info