
Filippində antinarkotik reydi zamanı azı 30 nəfər öldürülüb, 107 nəfər isə saxlanılıb.
"Qaynarinfo" AZƏRTAC-a istinadla xəbər verir ki, reyd zamanı 230 qram metamfetamin, 765 qram marixuana, həmçinin qumbara və odlu silah aşkar edilib. Əməliyyat ölkənin 13 şəhərində eyni zamanda aparılıb.
Qeyd edək ki, 2016-cı ilin mayında Filippinin Prezidenti seçilmiş Rodriqo Duterte narkotik ticarətinə qarşı irimiqyaslı əməliyyatlar keçirəcəyini bildirmişdi.
Qaynarinfo.Az