Xəbər lenti

Filmlərdəki “A 113”-ün sirri ortaya çıxdı - FOTOLAR
Dünya19:24 03.05.2014

Filmlərdəki “A 113”-ün sirri ortaya çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İtmiş Balıq Nemo” və “Oyuncaq hekayəsi” kimi bir çox məşhur animasiya filmlərində görünən “A 113” yazısının sirri ortaya çıxıb.

“Axar.az” xəbər verir ki, bu günə qədər 14 fərqli “Pixar” istehsalı animasiya filmi başda olmaqla 45 ayrı filmdə görülən “A 113” əslində Kaliforniya İncəsənət İnstitutunda olan sinfin qapı nömrəsi imiş.

Burada təhsil alan bir çox "Disney" və "Pixar" işçisi öz sədaqətini göstərmək üçün hər hansı bir səhnəyə “A 113”ü yerləşdirir.

Digər bir deyişlə “A 113”ü hər hansı bir animasiya filmində görsəniz (ki bundan sonra da görməyə davam edəcəksiniz), o filmin prodüserlərindən birinin mütləq “A 113” sinfindən yolunun keçdiyini demək olar.

Qeyd edək ki, “Oyuncaq hekayəsi”, “Avtomobillər”, “Monstrlar”, “İtmiş balıq Nemo” və başqa filmlərin müxtəlif səhnələrində “A 113” yazısı var.

Qaynar.info