Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.
Qaynarinfo-nun məlumatına görə, qitə birinciliyində öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Günün son qarşılaşmasında Maqomedxan Maqomedov (97 kq) polşalı Zbiqniev Baranovskiyə 6:4 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksələn 4-cü güləşçimiz oldu.
Buna qədər Əşrəf Aşırov (79 kq), Hacı Əliyev (65 kq) və Əliabbas Rzazadə (57 kq) finala vəsiqəni təmin etmişdi. Zirəddin Bayramov (70 kq) isə bürünc medal üçün güləşəcək.
Final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Həsənov