Finlandiya hazırda tikanlı məftilli hasarın olduğu Rusiya ilə sərhəddə divar çəkməyi planlaşdırır. Beləliklə, onlar şərq sərhədlərində təhlükəsizliyi artırmaq istəyirlər.
Finlandiya hakimiyyəti Rusiya ilə sərhədlərdə "yüksək riskli ərazilərdə” hasarlar tikmək qərarına gəlib. Söhbət sərhəd keçid məntəqələrindən və onlara bitişik ərazilərdən gedir. Sərhədçilər bildiriblər ki, hazırda təhlil işləri aparılır. Bildirilir ki, hasarın tikintisi ilə bağlı qərarı dövlət rəhbərliyi verməlidir.
Finlandiyanın Daxili İşlər Nazirliyi sərhəd hasarlarının tikintisinə hazırlığın ölkənin əməliyyat hazırlığının bir hissəsi olduğunu bildirib. Onlar ölkəni Rusiya Federasiyasının hibrid müharibəsi apararaq Finlandiya sərhəddinə "qaçqınlar” göndərməsi təhlükəsinə hazırlamaq istəyirlər.
Finlandiya ilə Rusiya arasındakı sərhədin uzunluğu 1343 kilometrdir. Finlandiya sərhədçiləri sərhəddə hasarın uzunluğunu dəqiqləşdirməyiblər.
Nizami Bağırov