Xəbər lenti

Finlandiyada hökumətin istefası qəbul edildi (YENİLƏNİB)
Dünya10:33 08.03.2019

Finlandiyada hökumətin istefası qəbul edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiya prezidenti Sauli Niinistö hökumətin istefasını qəbul edib.
Qaynarinfo xəbər verir ki, hazırkı hökumət üzvləri 1 apreldə keçiriləcək parlament seçkilərinə qədər vəzifələrini icra edəcəklər. 
İstefanın səbəbi sosial təminat və səhiyyə sahəsində islahatlar barədə ortaq məxrəcə gəlməyin mümkün olmamasıdır.
 ***12.56
Finlandiyanın baş naziri Yuha Şipila rəhbərlik etdiyi hökumətin istefa təklifini prezident Sauli Niinistöyə təqdim edəcək. 
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə prezidentlik ofisindən məlumat verilib. Hökumət rəsmiləri yaxın saatlarda məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.
Gülşən