Xəbər lenti

Fira niyə "Maşın"ın iştirakçıları sırasından çıxarılıb?
Maqazin13:33 17.12.2018

Fira niyə "Maşın"ın iştirakçıları sırasından çıxarılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Maşın" realiti-şousunun 17-ci buraxılışı başlamazdan əvvəl bir çox iştirakçının adı açıqlanmışdı. 
Axşam.az-ın məlumatına görə, onlar sırasında aparıcı Firuzə Cəlilovanın da (Fira) adı yer alıb. "M group" prodakşından oyunun hazırki buraxılışı üçün dəvət alan Fira razılıq verib. O, hətta tanıtım çarxlarının çəkilməsində də yer alıb. Amma nədənsə oyun başlayanda tamaşaçılar Firanı iştirakçılar sırasında görməyib. 
Aparıcı bildirib ki, bunun günahı onun özündə olub:
"Bir az problemlərim oldu. Yeni il öncəsi bir çox işlərim çıxdı. Onları qaydasına qoya bilmədim. Buna görə də çatdırmadım və qaldı".
Qeyd edək ki, Fira ilə yanaşı Ələkbər Yasamallının da "Maşın"da yer alacağı deyilmişdi. Meyxanaçı işlərini çatdıra bilmədiyi üçün son anda şouya qatıla bilməyib.