Xəbər lenti

Fırtına fonunda selfi çəkən gənc qız həyatından oldu
Dünya14:12 09.09.2020

Fırtına fonunda selfi çəkən gənc qız həyatından oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saxalində 16 yaşlı bir qız dalğalar fonunda təsirli fotolar çəkməyə çalışarkən ölüb.
Qaynarinfo "Vesti"yə istinadla məlumat verir ki, 9 sentyabr axşamı kollec tələbəsi olan qız Xolmskda Primorski Bulvarı ərazisində sahildə arxasını dənizə çevirib selfi çəkməyə başlayıb. Qız dalğaların hündürlüyünü nəzərə almayıb və bir anda dalğalardan biri onu suya çəkib.
Şahidlər qızı xilas etməyə çalışsalar da, çoxu suya girməyi bacarmayıb. 
Onların sözlərinə görə, dalğalar sözün əsl mənasında ayaqlarını yerdən üzüb. Nəticədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qurbanı sudan çıxarıb həkimlərə təhvil versələr də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 
Alpər