
"Ümid" Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə müavini və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı sabiq təhsil naziri Firudin Cəlilovun səhhəti ilə bağlı prezident İlham Əliyevə müraciət etməyi təklif edib.
Qaynar.info xəbər verir ki, bu barədə Ramin Hacılı "facebook" sosial şəbəkəsində məlumat yayıb.
Həmin müraciəti təqdim edirik:
"Dəyərli ziyalımız, keçmiş təhsil naziri Firudin Cəlilovun səhhətində ciddi problemlər yaranıb.
Firudin müəllim dövlətimizin müstəqillik qazanmasında müstəsna xidmətləri olan, Azərbaycan təhsil sisteminə fayda vermiş, türk tarixinin öyrənilməsində xidmətləri olmuş bir ziyalıdır.
Dövlətçiliyimizin qurulmasına öz töhfəsini vermiş, millətimizin özünüdərk prosesində əməyi keçmiş dəyərli ziyalımızın müalicəsinin dövlət tərəfindən həyata keçirilməsi vacibdir. Bu səbəbdən də Azərbaycan Respubilıkasinin Prezidenti cənab İlham Əliyevə muraciət edərək dövlətimizin Firudin Cəlilovun müalicəsini üzərinə götürməsini xahiş etməyi təklif edirəm.
Dəyərli dostlar, bu məsələni diqqətdə saxlayıb ictimailəşdirmək və ziyalılarımızı bu istiqamətdə dəstəyə səsləmək olduqca vacibdir".
Qaynar.info