İdman 12:53 08.02.2023

Firuz Abdulla: "AFFA tərəfindən müəyyən yardımlar olunur"

Türkiyədə baş verən güclü zəlzələ bir çox insanların evlərini dağıtdı, həyatlarını məhv etdi. Bu səbəbdən əziyyət çəkən insanlara əksər ölkələrlə yanaşı, Azərbaycandan da yardım göstərilir. Yardım kampaniyasına AFFA da qoşulub.

Bunu Qaynarinfo-ya açıqlamasında qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib. O, konkret detallar açıqlamasa da, müəyyən yardımlar etdiklərini deyir:

"Konkret detalları açıqlamaq istəmirəm amma, AFFA tərəfindən müəyyən yardımlar olunur. Bundan başqa Türkiyə Futbol Federasiyasına rəsmi məktub vasitəsilə başsağlığı da göndərmişik. Maddi yardım barəsində dəqiq məlumat yoxdur, bu, müzakirə etdiyimiz məsələlərdəndir”.

Səbuhi Həsənov