Xəbər lenti

Flora Kərimova deputat pensiyası tələb edir
Ölkə11:00 08.10.2013

Flora Kərimova deputat pensiyası tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Flora Kərimova əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verib. Hüquq.TV-nin məlumatına görə, hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyir.

2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib. “Həmin məhkəmələr əsas kimi Flora xanımın deputat olmadığını göstərdilər. Halbuki ortada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var” – deyə, F.Kərimovanın vəkili Fuad Ağayev Hüquq.TV-yə bildirib.


Qaynar.info