Xəbər lenti

"Formula 1" tarixində ilk
İdman08:20 05.10.2021

"Formula 1" tarixində ilk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula 1"in 2022-ci il üçün olan təqvimində rekord sayda, 23 yarış təşkil ediləcək və bunların üçdəbiri sprint yarışlarından ibarət olacaq.
Qaynarinfo xəbər verir ki, bu haqda "Formula 1"in başqanı və CEO-su Stefano Domenikali açıqlama verib. O yarışın gələn il mart ayının ortasında başlayıb, noyabrda bitəcəyini bildirib. Bu il 15 yarış baş tutduğunu xatırladan Domenikali 2022-ci ildə daha çox turnir keçirəcəklərini deyib.
"Formula 1" tarixində bir mövsümdə ən çox 22 yarış təşkil olunub. Gələn ildən isə bu say 23-ə yüksəldiləcək. Daha maraqlı alınması üçün sprint yarışlarının sayı artırılacaq. Bu il artıq bir neçə sprint yarışı təşkil edilib. İlk "3-lük"də yer alan sürücülər uyğun olaraq 3, 2 və 1 xal qazanır. 
"Formula 1"in formatı bu il ilk dəfə Silverstoun və Monzada tətbiq olunub. Bu il sonuncu dəfə gələn ay Braziliyadakı İnterlaqosdakı yarış yolunda keçiriləcək. 
Səbuhi Həsənov