Xəbər lenti

"Formula 1" üzrə Çin Qran-prisi təxirə salındı (RƏSMİ)
İdman12:52 12.02.2020

"Formula 1" üzrə Çin Qran-prisi təxirə salındı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" üzrə Çin Qran-prisini təxirə salıb.
Qaynarinfo qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarış qeyri-müəyyən müddətə təxirə salınıb. FIA yarış iştirakçıları ilə azarkeşlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb. Yarış 17 - 19 apreldə keçirilməli idi. 
Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.