Xəbər lenti

Dünya 19:45 01.02.2025

"Fox": İran kosmik proqram obyektlərində nüvə proqramını gizlədir

İranın nüvə proqramını inkişaf etdirməyə çalışan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı Tehranın kosmik proqram obyektlərinin pərdəsi altında fəaliyyət göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Fox News" telekanalı məlumat yayıb.

"Bir neçə ay ərzində toplanmış sübutlar göstərir ki, İranın əsas nüvə agentliyi olan Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı əvvəllər kosmik proqramların işlənib hazırlanması məntəqələri kimi tanınan iki sahədə fəaliyyət göstərir", deyə telekanalın məlumatında qeyd edilir.

Bildirilir ki, söhbət Şahrud kosmik mərkəzindən, həmçinin Semnan şəhərindəki kosmodromdan gedir.

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən orta mənzilli ballistik raketlər hazırlamaq üçün istifadə etdiyindən şübhələndiyi Şahrud kosmik mərkəzində hazırda Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının "böyük qüvvələri" yerləşir.

"Tehran ən ağır maye yanacaqla işləyən raketini 2024-cü ilin dekabrında Semnan kosmodromundan kosmosa buraxıb", deyə Fox News xəbər verib.

Məqalədə qeyd olunur ki, İran maye yanacaqla işləyən raketlərin hazırlanması texnologiyasını inkişaf etdirməyə davam edir. Məsələn, "Simurq" raketi kosmosa daha ağır peyklər çıxarmaq üçün istifadə oluna bilər, lakin eyni zamanda nüvə yükü daşımaq qabiliyyətinə malikdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->