Xəbər lenti

FP: ABŞ-ın Rusiyadakı səfiri postu bir neçə ay boş qala bilər
Dünya07:17 07.09.2022

FP: ABŞ-ın Rusiyadakı səfiri postu bir neçə ay boş qala bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti Rusiyadakı səfir postunun bir neçə ay boş qalması ehtimalını etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı mənbələrə istinadən yazıb.
Nəşrin diplomatik dairələrdəki həmsöhbətləri Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra "Vaşinqton və Moskva arasında münasibətlərin mənfi vəziyyəti” fonunda ABŞ-ın yeni səfirinin təsdiqi prosesinin ləngiyə biləcəyini ehtimal edirlər.
Səfirin namizədliyi ABŞ Senatında təsdiqləndikdən sonra Rusiya yeni səfirə öz vəzifəsini icra etməyə imkan verən aqrement, diplomatik sənəd verməlidir. Nəşrin mənbələrinə görə, diplomatlar "aqrementin tez bir zamanda buraxılması ehtimalına şübhə ilə yanaşırlar”.
Xatırladaq ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivan 40 illik dövlət qulluğu karyerasını başa vuraraq sentyabrın 4-də Moskvanı tərk edib.
Alpər