Xəbər lenti

Fransa Müdafiə Nazirliyi Ermənistana doğru irəliləyir
Dünya06:05 28.09.2022

Fransa Müdafiə Nazirliyi Ermənistana doğru irəliləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Parisdə görüş keçirib və görüş zamanı Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər.
Qaynarinfo SE-yə istinadla xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər hərbi əməliyyatların dayandırılması və Azərbaycan qoşunlarının "ilkin mövqelərinə” qaytarılmasının vacibliyini vurğulayıblar.
"Mən vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin tezliklə Ermənistana göndərildiyini elan etdim", - Lekornu bildirib.
Qeyd edək ki, sentyabrın 26-da baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumət nümayəndə heyəti Parisə yola düşüb. Paşinyan həmin gün Fransa prezidenti Emmanuel Makronla ikitərəfli danışıqlar aparıb. Müzakirə olunan məsələlər arasında Azərbaycanla sərhəddəki vəziyyət də olub.
Alpər