
Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər edib.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, qondarma rejimin “xarici işlər naziri” Karen Mirzoyan Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Fransua Roşblan və fransız senatorlar Anri de Renkura və Bernar Sojeni qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Fransa parlamentində yaradılmış “Artsaxla dostlu qrupu”nun tərkibinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qaynar.info