Xəbər lenti

Fransa polisi aciz qaldı: kütləvi tədbiri dağıtmaq mümkün olmadı
Dünya07:30 02.01.2021

Fransa polisi aciz qaldı: kütləvi tədbiri dağıtmaq mümkün olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada koronavirus səbəbiylə komendant saatı tətbiq edilməsinə baxmayaraq, bir gündən çoxdur ki, kütləvi Yeni il şənliyi keçirilir.

Qaynarinfo xəbər verir ki, tədbir Bretan əyalətində yerləşən Lieron kommunasının yaxınlığında, tərk edilmiş bir qatar stansiyasındakı anbarda keçirilir.

 

Qeyd edək ki, 2,5 mindən çox insan 31 dekabrda bayramı qeyd etməyə başlayıb. Polislər icazəsiz Yeni il şənliyini dayandırmağa çalışsa da, buna müvəffəq ola bilməyib. Polis müxtəlif vasitələrdən istifadə edərək tədbir iştirakçılarını dağıtmağa çalışıb. "Life Shot” xəbər verir ki, bundan sonra bir polis avtomobili yandırılıb.

 

Daha sonra polis vağzala bütün girişləri bağlayıb. Orada bayram edənlərə maskalar və sanitar təmizləyici maddələr paylanmağa başlanıb. İndi iş daxili işlər nazirinin şəxsi nəzarətindədir.