Xəbər lenti

Fransa prezidenti Mbappeyə zəng edəcək
İdman12:18 18.02.2022

Fransa prezidenti Mbappeyə zəng edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin ulduz futbolçusu Kilyan Mbappenin bu mövsümdən sonra klubdan ayrılıb-ayrılmayacağı Fransada gündəmdədir.
Qaynarinfo xəbər verir ki, Mbappeyə təklif edilən yeni müqavilələrə "yox" cavabı alan klub futbolçunu saxlamaq üçün hər bir yolu yoxlayır.
"Mirror"un yaydığı məlumata görə yeni müqavilə cəhdləri boşa çıxan rəhbərlik arzusuna çatmaq üçün fərqli bir addım atıb. Xəbərə görə, Fransa prezidenti Emmanuel Makron vəziyyətlə maraqlanacaq. PSJ Makrondan Kilyan Mbappeni Parisdə qalmağa razı salmasını istəyəcək.
Paytaxt komandası "Real"ın 220 milyon avroluq təklifini rədd edib. Onun müqaviləsi bitdikdən sonra "Real"a keçəcəyi gözlənilir. 
Səbuhi Həsənov