Xəbər lenti

Fransa və ABŞ Ermənistanda hərbi baza yaradacaq? (ŞƏRH)
Siyasət 12:32 30.09.2023

Fransa və ABŞ Ermənistanda hərbi baza yaradacaq? (ŞƏRH)

"Fransa və ABŞ-ın Ermənistanda hərbi bazasının olması, yalnız İrəvanın KTMT-dən uzaqlaşması və Rusiya hərbi bazasının bu ölkədən çıxarılmasından sonra reallaşa bilər”.
 
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev Türkiyənin "Yeni Akit” nəşrinin ABŞ və Fransanın Ermənistanda hərbi baza yaratmağa çalışdığı barədə yayımladığı məqaləni şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, ABŞ, xüsusən də Fransa xeyli zamandır Ermənistan üzərindən Cənubi Qafqazda yerləşmək istəyir:



"Bununla bağlı müəyyən hərəkətlər də edilir. Amma formal olsa da, hələlik Ermənistan KTMT-nin üzvüdür. Belə bir ərəfədə istər ABŞ, istərsə də Fransanın Ermənistanda hərbi baza yaratması real görünmür. Lakin hamıya bəllidir ki, Paşinyanla Rusiya arasında münasibətlər günü-gündən kəskinləşir. Bu da belə bir təəssürat yaradır ki, Paşinyan hakimiyyətdə qalmağı bacaracaqsa, ola bilsin ki, yaxın gələcəkdə nəinki Rusiya ilə ikitərəfli, həm də bu ölkənin patronajlığında olan hərbi-iqtisadi bloklardan imtina etsin. Bu baş verərsə, Ermənsitan tam şəkildə üzünü yeni hamilərinə tərəf çevirəcək. Bu, şübhəsizdir. Amma ermənilər dövlətlərinin var olmasında maraqlıdırlarsa, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına çalışmalıdırlar, bölgəyə Fransa kimi dövlətin hərbi bazasını yerləşdirməsinə yox. Fransa və ABŞ-ın Ermənistanla bağlı bu istəyi indi yox, gələcəkdə İrəvanın KTMT-dən uzaqlaşması və rus hərbi bazasının bu ölkəni tərk etməsi fonunda reallaşa bilər”. 

Qeyd edək ki, Türkiyənin "Yeni Akit” nəşri Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinə mane olmayan Amerika və Fransanın Ermənistanla hərbi əməkdaşlıq çərçivəsində bölgədə hərbi baza yaratmağa çalışdığını bildirib. Bundan başqa, nəşrin məlumatına görə, iki ölkə Zəngəzurda konsulluq açmaq və marşrutu nəzarətdə saxlamaq arzusundadır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->