Xəbər lenti

Fransada 9 min gənc terrorçu var - ŞOK İDDİA
Dünya12:28 26.03.2016

Fransada 9 min gənc terrorçu var - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa polisi 9 mindən çox gənci onların radikal hərəkatların tərəfdarı ola biləciyini ciddiyə alaraq, nəzarət altına alıb. Musavat.com-un məlumatına görə, bu barədə “Sputnik” agentliyinə fransız deputat, sosial şəbəkələrin monitorinqi üzrə Komitənin həmsədri Natali Quli bildirib.
“Radikallaşma həddində olan gənc adamlar Fransada nəzarət altındadır. Onların sayı 9 mindən artıqdır. Özü də bu gənclərin yarıdan çoxu öz dinini dəyişib - xristianlıqdan islama keçib” deyə Quli qeyd edib. 
Onun sözlərinə görə, gənclərin terrorçuların sırasına cəlb olunmasının qarşısını almağa yönəlik səylər orta məktəbdən başlanmalıdır. “Fransada gənc insanların de-radikallaşması - uzun, çox uzun işdir və bir saatın içində onu görmək mümkünsüzdür” deyə komitə həmsədri əlavə edib.
Bundan öncə xəbər verilmişdi ki, Fransa Suriyaya gedən radikal ovqatlı vətəndaşların sayına görə Avropa Birliyi ölkələri arasında liderlik edir. 2014-cü ilin sentyabrından bu yana onların sayı 1200-ü keçib.(Musavat.com)
Qaynar.info