Xəbər lenti

Fransada Atom Elektrik Stansiyası partladı
Dünya11:13 09.02.2017

Fransada Atom Elektrik Stansiyası partladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib. 
Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində qeydə alınıb. Partlayışdan sonra radioaktiv sızıntı təhlükəsinin olmadığını bildirilib.
Mətbuatda yayılan məlumata görə, bir neçə nəfərin yaralanması ehtimalı var. 
Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.
Partlayışdan sonra nüvə reaktorlarından birinin fəaliyyəti dayandırılıb. 
Hadisənin səbəbi bilinmir. 
Qaynarinfo.Az