Fransada qış turizm mərkəzlərinin birində üçmərtəbəli hoteldə güclü yanğın olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 2 nəfər ölüb, 22 nəfər isə ağır yaralanıb. Yaralılar helikopterlə xəstəxanalara aparılıblar.
Binanın söndürülməsinə 70-dən çox yanğınsöndürən maşın cəlb olunub.