Fransada parlament seçkilərinin birinci turu keçirilir.
Qaynarinfo bu barədə "France24 saytına" istinadən xəbər
verir.
Fransa xalqı bu gün yerli vaxtla saat 08:00-da ilk turda Fransa Milli Assambleyasına 577 deputat seçmək üçün seçki məntəqələrinə üz tutub.
Bu seçkidə deputat mandatı uğrunda 6293 namizəd mübarizə aparır.
İkinci tur namizədlərin birinci turda mütləq çoxluğu qazana bilməyəcəyi yerlər üçün keçiriləcək.
Namizədlər 12,5 faiz və daha çox səslə iyunun 19-da keçiriləcək ikinci turda iştirak edə bilərlər. Bu turda ən çox səs toplayan namizəd parlament seçkilərində iştirak etmək hüququ qazanacaq.
Builki ümumi seçkilərdə iki böyük koalisiya iştirak edəcək. Apreldə keçirilən prezident seçkilərinin birinci turunda ifrat solçu "Yenilməz Fransa” partiyasının lideri Jan-Lyuk Melanşonun təşəbbüsü ilə onlar Yaşıllar Partiyası, Sosialist Partiyası (PS) və Kommunist Partiyası ilə ittifaq yaradıblar: Yeni Ekoloji və Sosial Xalqlar Birliyi.
Koalisiya mütləq çoxluğu (289 yer) əldə etməyə çalışır və Melanşonu baş nazir təyin etmək istəyir.
Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi ilə "Ansambl” adlı koalisiya yaradılıb. Koalisiyada "Respublika İrəli” kimi tanınan Makronun partiyası sağ mərkəzçilərin "Demokratik Hərəkat” (Modem), "Üfüqlər” (Horizont) kimi digər partiyalarla birləşib.
İkinci dəfə prezident seçilən Makron üçün bu seçki çox önəmlidir. Verdiyi vədlərə əməl etmək üçün o, parlamentdə mütləq çoxluğu qazanmalı və hökuməti qura bilməlidir.
M.Arif