Xəbər lenti

Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutuldu
Dünya05:23 30.05.2016

Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa hökuməti tərəfindən Parisdə baş verən kütləvi iğtişaşlar zamanı polis maşınını yandırmaqda şübhəli bilinən ABŞ vətəndaşı saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Şəhər Prokurorluğundan məlumat verilib.
Amerika vətəndaşı bu insidentin təhqiqatı çərçivəsində saxlanılan 5 gəncdən biri olub.
Prokurorluğun məlumatına görə, 27 yaşlı amerikalıya qarşı qəsdən hakimiyyət nümayəndəsinin həyatına sui-qəsd etmək ittihamı irəli sürülüb.
O, həmçinin digər şübhəlilərlə birlikdə qabaqcadan əlbir olaraq zorakılıq törətməkdə və maddi ziyan vurmaqda günahlandırılır.
Polis maşınının yandırılması insidenti mayın 18-i Parisdə Əmək Məcəlləsi islahatlarına qarşı kütləvi etirazlarla müşahidə olunan növbəti nümayiş zamanı baş verib.
Qaynarinfo.az